Azərbaycan güləşçisi növbəti qələbəsini qazanıb
07 aprel 2024 728
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində ikinci görüşünə çıxıb.
57 kq çəki dərəcəsində yer alan Avropa çempionu 1/4 finalda türkiyəli Süleyman Atlı ilə qarşılaşıb.
Rəqibi üzərində 6:0 hesablı qələbə qazanan 26 yaşlı idmançı yarımfinala yüksəlib. Rzazadə bu raundda şimali makedoniyalı Vladimir Yeqorovla üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) 1/4 finala, Hacı Əliyev (65 kq) yarımfinala adlayıb. Georgi Meşvildişvili (125 kq) isə mübarizəyə 1/4 finaldan qoşulacaq.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı