Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
03 iyul 2024 1162
Azərbaycanın yunan-Roma güləşçisi Serbiyanın Novi Sad şəhərində U-20 Avropa çempionatında bürünc medal qazanıb.
Yarışın ikinci günündə Məhəmməd Şükürzadə (63 kq) serbiyalı Deyan Berkeçə 5:1 hesabı ilə qalib gəlməklə bürünc medala sahib çıxıb.
Rahim Həsənov (55 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Servan Çinara müqavimət göstərə bilməyib – 0:8.
Davud Məmmədov (77 kq) isə təsəlliverici görüşdə rusiyalı Qamzat Qadjiyevə (4:7), Məzaim Mərdanov (130 kq) isə bolqarıstanlı Alan Cabiyevə (0:9) məğlub olub.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı