Azərbaycan güləşçiləri Türkiyədə keçiriləcək turnirdə mübarizə aparacaqlar
06 mart 2024 893
Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçiriləcək “Yaşar Doğu və Vehbi Əmrə” turnirində iştirak edəcəklər.
Yarışın ilk günündə mübarizə aparacaq yunan-Roma güləşi üzrə milliyə məşqçilər Kamran Məmmədovla Zöhrab Abbasov rəhbərlik edəcək. Yığmanın heyətində ilk iki gündə Fərid Sadıxlı, Tural Mehtiyev (hər ikisi 55 kiloqram), Nihad Quluzadə, Elmir Əliyev, İlkin Qurbanov (hamısı 60 kiloqram), Ziya Babaşov (63 kiloqram), Urfan Həsənli (72 kiloqram), Tuncay Vəzirzadə (82 kiloqram) və Laçın Vəliyev (87 kiloqram) xalçaya çıxacaq.
Turnirin son iki günündə Taymuraz Kokoyevlə Əşrəf Əliyevin başçılıq edəcəyi sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə Ceyhun Allahverdiyev (61 kiloqram), Zirəddin Bayramov, Murad Haqverdiyev, Musa Ağayev (hamısı 65 kiloqram), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kiloqram), Cəbrayıl Qadjiyev, Murad Yevloyev (hər ikisi 74 kiloqram), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kiloqram), Şamil Zubairov, Abdulcəlil Şabanov (hər ikisi 92 kiloqram) və Qadjimurad Maqomedsaidov (97 kiloqram) yer alıb.
Yarışda beynəlxalq dərəcəli hakimlərimizdən Əli Babayev və Elgün Məmmədov ədaləti qoruyacaq.
Qeyd edək ki, yarışa martın 10-da yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı