Azərbaycan güləşçiləri Türkdilli Dövlətlərin Universiadasını 8 medalla başa vurublar
08 sentyabr 2025 - 10:40 480
Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasında güləş yarışlarına yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, “Ruh Ordo” mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışda daha 6 çəkidə mübarizə baş tutub. Son gündə Azərbaycanın daha 4 güləşçisi fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşində Roman Kərimov (67 kiloqram), sərbəst güləşdə isə Əşrəf Aşırovla (86 kiloqram) Yusif Dursunov (125 kiloqram) qızıl medal qazanıb. Sərbəst güləşçilərimizdən Musa Ağayev (65 kiloqram) isə gümüş medala sahib çıxıb.
Beləliklə, güləşçilərimiz Universiadanı 8 (4 qızıl, 2 gümüş, 2 bürünc) medalla başa vurublar. Dünən Vədat Qasımlı (60 kiloqram) qızıl, Əli Quliyev (97 kiloqram) gümüş, Ramik Heybətovla (74 kiloqram) Cavad Məmmədov (77 kiloqram) isə bürünc medal qazanıblar.
Yekunda yunan-Roma güləşi üzrə komandamız 1-ci, sərbəst güləş üzrə millimiz isə 2-ci yeri tutub.
Bənzər xəbərlər
BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bundan əvvəl Rusiya idmançıları və komandalarına ... Ətraflı
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verib
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam ... Ətraflı