Azərbaycan güləşçiləri bu il Avropa çempionatlarında 73 medal qazanıblar
31 iyul 2025 - 16:50 496
Azərbaycan güləşçiləri bu il keçirilən Avropa çempionatlarında yüksək nəticələrə imza atıblar.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, onlar müxtəlif yaş qrupları üzrə qitə çempionatlarında ümumilikdə 73 medal qazanıblar.
Həmin yarışlarda 22 dəfə Azərbaycan Himni səsləndirilib. 21 güləşçimiz gümüş, 30-u isə bürünc mükafata sahib çıxıb.
Sərbəst güləşçilər Avropa çempionatlarında 8 qızıl, 12 gümüş və 13 bürünc medal qazanıblar. Yunan-Roma güləşində təmsilçilərimiz 8 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, 8 dəfə ikinci, 11 dəfə isə üçüncü yerlə kifayətləniblər. Qadın güləşçilər 4 qızıl, 1 gümüş və 5 bürünc medalla yadda qalıblar. Çimərlik güləşində isə 2 qızıl və 1 bürünc mükafat əldə olunub.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı