Azərbaycan güləşçiləri Bolqarıstanda keçirilən turnirdə iki medal qazanıb
24 yanvar 2025 608
Azərbaycan güləşçiləri Bolqarıstanın Varna şəhərindəki "Dan Kolov - Nikola Petrov" turnirində iki medal qazanıb.
Sadiq Mustafazadə (92 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə ilk turda israilli Uri Kalaşnikova qalib gəlib - 7:4.
Həmyerlimiz ikinci turda bolqarıstanlı Radomir Stoyanova heç bir şans tanımayıb - 18:6. Mustafazadə üçüncü turda amerikalı Erik Şultsla gərgin keçən görüşdə minimalhesablı qələbə qazanıb - 8:7. Sonuncu turda gürcüstanlı Sandro Kuraşviliyə 2:5 hesabıyla uduzan Sadiq ənənəvi yarışda gümüş medal əldə edib.
Ceyhun Allahverdiyev (61 kq) təsnifat mərhələsində bolqarıstanlı Dimitar Biserkova (10:0), 1/4 finalda isə Nahşon Qarretə (15:5) tam üstünlüklə qalib gəlib. Yarımfinalda digər ABŞ təmsilçisi Devan Törnerə 2:4 hesabıyla məğlub olan Ceyhun bolqarıstanlı Denis Naimi vaxtından əvvəl (10:0) üstələyərək turniri bürünc medalla başa vurub.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı