Azərbaycan gimnastları Portuqaliyadakı turniri 10 medalla başa vurublar
14 iyul 2025 - 12:22 251
Batut gimnastikası və tamblinq üzrə Azərbaycan millisinin üzvləri Portuqaliyanın Santarem şəhərində keçirilən “ScalabisCup 2025” turnirində yüksək nəticələr əldə ediblər.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, tamblinq üzrə U-12 yaş kateqoriyasında Sənan Rzazadə 21.300 xalla qızıl, Əsnad Niftiyeva isə 18.600 xalla gümüş medal qazanıb. Böyüklər arasında çıxış edən Tofiq Əliyev, Bilal Qurbanov və Aleksey Karataşov 156.300 xalla komanda hesabında birinci olublar. Fərdi çıxışlarda isə Tofiq Əliyev 28.200 xalla ikinci, Bilal Qurbanov 26.400 xalla üçüncü yeri tutub.
Batut gimnastikası üzrə U-14 yaş kateqoriyasında Muhəmməd Həsənli 46.350 xalla, Fərhad Mustafayev isə 49.190 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ammar Baxşalıyev 53.000 xalla gümüş, Nicat Mirzəyev isə 53.820 xalla bürünc mükafata sahib çıxıb.
İkili-mini batut üzrə yarışda da Ammar Baxşalıyev fərqlənib və 23.900 xalla üçüncü olub.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı