Azərbaycan gimnastları Polşadakı turnirdə 17 medal qazanıblar
12 may 2025 674
Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnirdə Azərbaycan millisinin üzvləri uğurlu çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, təmsilçilərimiz 17 medal qazanıblar.
Batut gimnastikasında Fərhad Mustafayev, Samirə Hüseynova, Şəfiqə Hümbətova qızıl, Ammar Baxşalıyev qızıl və bürünc, Muhammed Həsənli gümüş, Nikita Koleşnikov gümüş və bürünc, Fərhad Vəliyev gümüş və bürünc, Aylin Ağazadə bürünc, Ayan Şabanova bürünc mükafata sahib çıxıblar.
Tamblinqdə Sənan Rzazadə, Tofiq Əliyev qızıl, Aleksey Karataşov, Mehdi Əliyev gümüş, Adil Hacızadə bürünc medal əldə edib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı