Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər
28 mart 2024 643
Bədii gimnastika üzrə Azərbaycan millisi Fransanın Tiye şəhərində keçiriləcək 35-ci Beynəlxalq Qran-Pri yarışında iştirak edəcək.
Azərbaycan Gimnastika Federasiyasının idman direktoru Natalya Bulanova, bədii gimnastika üzrə yığmanın baş məşqçisi Siyana Vasilevanın rəhbərliyi altında Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri üzrə milli komanda , eləcə də fərdi gimnast İlona Zeynalova medallar uğrunda mübarizə aparacaqlar.
Millinin xoreoqrafı Akif Kərimli, məşqçi Nigar Musazadə, beynəlxalq dərəcəli hakimlər Yevgeniya Vilyayeva və Nigar Abdusalimova da yarışda ölkəmizi təmsil edəcəklər.
Turnir martın 30-da start götürəcək.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı