Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər
29 mart 2024 824
Azərbaycanın kişi və qadın idman gimnastları Türkiyənin Antalya şəhərində keçiriləcək "Challenge" seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.
Milli komandanın məşqçiləri Eldar Səfərov və Olqa Barkalavanın rəhbərliyi altında Mənsum Səfərov, Rəsul Əhmədzadə, Murad Ağarzayev və Nazənin Teymurova qüvvəsini sınayacaq.
Beynəlxalq dərəcəli hakimlər Nihad Şirinli və Anjella Abdullayeva da yarışda ölkəmizi təmsil edəcəklər.
Bu gün start götürəcək Dünya Kubokuna martın 31-də yekun vurulacaq.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı