Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar
22 fevral 2026 - 14:23 352
Tamblinq gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Bakıda keçirilən Dünya Kubokunda daha iki medal qazanıblar.
Mixail Malkin 29,800 xalla qızıl, Tofiq Əliyev isə 29,300 xalla gümüş mükafata sahib çıxıb.
Daha əvvəl batut gimnastı Selcan Mahsudova fərdi proqramda ikinci olub.
Qeyd edək ki, 6 ölkədən 66 gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
