Azərbaycan gimnastları daha dörd medal qazanıblar
30 mart 2025 1009
Azərbaycanın bədii gimnastları Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirinin son günündə daha dörd medal qazanıblar.
Böyüklərin yarışında Zəhra Cəfərzadə topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni proqramda çıxış edən Kamilla Seyidzadə isə gümüş mükafata sahib çıxıb.
İlona Zeynalova halqalarda ikinci, Z.Cəfərzadə lentlərlə hərəkətlərin icrasında üçüncü yeri tutub.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı