Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
08 aprel 2024 961
Azərbaycanın bədii gimnastları Estoniyada keçirilən birinci “Tallinn Open” beynəlxalq turnirində qızıl və gümüş medallar qazanıblar.
Böyüklər üzrə qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa, 3 lent və 2 topla hərəkətlərdə iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Fərdi çıxışlarda isə İlahə Bahadirova qızıl (top), Gövhər İbrahimova qızıl (gürzlər) və gümüş (halqa), Şəms Ağahüseynova (lent) isə gümüş mükafata layiq görülüb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı