Azərbaycan gimnastları “AGF Trophy” turnirini 6 medalla başa vurub
05 aprel 2026 - 18:16 259
Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri başa çatıb.
Azərbaycan gimnastları yarışı 1-i qızıl, 3-ü gümüş, 2-si bürünc olmaqla ümumilikdə 6 medalla bitiriblər.
Təmsilçilərimizdən Gövhər İbrahimova lent proqramında bürünc medal əldə edib. O, həmçinin halqa ilə hərəkətlərdə eyni uğura imza atıb.
Fidan Qurbanlı top proqramında gümüş medal qazanıb.
Digər idmançı Azadə Atakişiyeva lent proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həmçinin topla hərəkətlərin icrasında ikinci olub.
Gimnastlarımız ötən gün komanda hesabında gümüş medala yiyələnib.
Turnirdə 15 ölkədən olan gimnastlar mübarizə aparıblar.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı