Azərbaycan futzal millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb
15 mart 2025 683
Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının martın 16-dan 24-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə 18 futzalçı dəvət edib. Toplanışın sonunda səfərə 2-si qapıçı olmaqla, ümumilikdə, 12 futzalçı aparılacaq.
Qapıçılar: Əbdül Hüseynov, Əli Həsənzadə.
Oyunçular: Rəvan Məsiyev, Pünhan Qasımzadə, Ədalət Ələkbərov, Nazim Hüseynov, Rəvan Quliyev, Kazım Zülfüqarlı, Elgün Sadıqlı, Fariz Hüseynov, Murad Fərzəliyev, Aslan Hüseynov, Bəyoğlan Vəlizadə, Hüseyn Cəfərzadə, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Hüseyn Məmmədli, Umud Qasımov.
Qeyd edək ki, 7-ci qrupda yer alan U-19 yığması martın 26-da Bosniya və Herseqovina, ertəsi gün – martın 27-də Xorvatiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Komandamız qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək.
Bu qrupun oyunları Xorvatiyada təşkil olunacaq. Yalnız birinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı