Azərbaycan Düşənbədə keçiriləcək "Böyük Dəbilqə" turnirində 8 cüdoçu ilə təmsil olunacaq
01 may 2025 793
Azərbaycan Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək "Böyük Dəbilqə" turnirində 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.
Federasiyadan verilən məlumata görə, milliyə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç rəhbərlik edəcək.
"Böyük Dəbilqə"də Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Camal Qamzatxanov, Kənan Nəsibov (hər ikisi +100 kq) mübarizə aparacaq.
Turnirin ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev yer alacaq.
Qeyd edək ki, mayın 2-dən 4-nə qədər keçiriləcək yarışda 27 ölkədən 226 cüdoçu (123 kişi, 103 qadın) iştirak edəcək.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı