Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
07 sentyabr 2024 943
Azərbaycan cüdoçusu Aslan Kotsoyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.
90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda serbiyalı Milyan Radulu sınağa çəkib. Rəqibinə 0:2 hesabı ilə uduzan A.Kotsoyev fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Şamil Tuncay (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) isə bürünc medal görüşünə çıxacaqlar. Onlar müvafiq olaraq, italiyalı Henri Ovusun və çexiyalı Tomaş Raşka ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Vüsal Qələndərzadə (73 kiloqram) və Süleyman Şükürov (81 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı