Azərbaycan cüdoçuları VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək
23 oktyabr 2025 - 17:32 535
Noyabrın 8-10-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, İslamiadanın yerli təşkilat komitəsi tərəfindən iştirakçı ölkələrə 5 kişi və 7 qadın cüdoçu üçün kvota ayrılıb. Turnirdə Azərbaycanı performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 12 idmançı təmsil edəcək.
Heyət seçimində qarışıq komanda yarışında zədə və digər hallar səbəbilə ehtiyat idmançıların olması xüsusi diqqətdə saxlanılıb. Təəssüf ki, təşkilatçılar tərəfindən tətbiq edilən kvota məhdudiyyətinə görə millimiz Oyunlarda tam heyətlə çıxış edə bilməyəcək.
Milli komandanın heyətində kişilər arasında Ruslan Paşayev (-66 kq), Hidayət Heydərov (-73 kq), Elcan Hacıyev (-90 kq), Zelim Kotsoyev (-100 kq) və Uşanqi Kokauri (+100 kq) yer alıb.
Qadınların mübarizəsində isə Könül Əliyeva (-48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi -52 kq), Fidan Əlizadə (-57 kq), Südabə Ağayeva, Aytac Qardaşxanlı (hər ikisi -70 kq) və Günel Həsənli (-78 kq) iştirak edəcək.
Qeyd edək ki, cüdo yarışlarında 30-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı