Azərbaycan cüdoçuları Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılıblar
07 may 2025 758
Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Toplanış Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutur.
Hazırlıq prosesində cüdoçularımıza gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı mayın 31-dən iyunun 1-dək Avstriyanın Qrats şəhərində və iyun 21-dən 22-dək Almaniyanın paytaxtı Berlində keçiriləcək gənclər arasında Avropa Kuboku turnirlərinə hazırlıq məqsədi daşıyır.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı