Azərbaycan cüdoçuları Türkdilli Dövlətlərin III Universiadasında doqquz medal qazanıb
06 sentyabr 2025 - 14:23 559
Azərbaycan cüdoçuları Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin III Universiadasında doqquz medal qazanıb.
Bu barədə Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yarışa yollanan doqquz idmançının hər biri medal sahibi olub. Təmsilçilərimiz multi-idman turnirində 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə ediblər.
Nurlan Kərimli (66 kq), Cəsur İbadlı (90 kq), Könül Əliyeva (48 kq) və Südabə Ağayeva (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bahadır Feyzullayev (60 kq), Mehdi Abbasov (81 kq), Qurban Məmmədli (+100 kq) gümüş, Mehdi Cəfərov (73 kq) və Əli Qazıməmmədov (100 kq) bürünc medallara yiyələniblər.
Qeyd edək ki, Azərbaycanın cüdo yığması yekunda 9 medalla komanda hesabında 3-cü yeri tutub.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı