Azərbaycan cüdoçuları Özbəkistanda keçirilən "Böyük Dəbilqə" turnirini 4 qızıl medalla başa vurublar
01 mart 2026 - 19:15 303
Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirini 7 medalla başa vurublar.
Medallardan 4-nün əyarı qızıl, 1-i gümüş, 2-si isə bürünc olub.
Əhməd Yusifov (60 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq), Kənan Nəsibov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb. Zelim Kotsoyev (100 kq) və Camal Qamzatxanov (+100 kq) isə bürünc medalla kifayətlənib.
Azərbaycan komanda yarışında kişilərin mübarizəsində 1-ci yeri tutub. Ümumi komanda hesabında isə Yaponiyadan sonra 2-ci olub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı