Azərbaycan cüdoçuları Meksikadakı Qran-prinin ilk günündə 3 medal qazanıblar
18 oktyabr 2025 - 11:35 498
Azərbaycan cüdoçuları Meksikanın Qvadalxara şəhərində təşkil olunan Qran-prinin ilk günündə 3 medal qazanıblar.
Balabəy Ağayev (60 kq) finalda Braziliya təmsilçisi Miçel Auqustuya ipponla qalib gələrək qızıl medala yiyələnib.
Ruslan Paşayev (66 kq) finalda Lukas Sahanı (Finlandiya) üstələyərək çempion olub. Əhməd Yusifov (60 kq) isə üçüncü yer uğrunda görüşdə fransalı Enzo Janı məğlub edib.
Yaşar Nəcəfov 1/16 finalda Kipr təmsilçisi Georgios Balayişviliyə (Kipr) uduzub.
Qeyd edək ki, yarışda Azərbaycan ümumilikdə 7 çəki dərəcəsində 11 idmançı ilə təmsil olunur. Turnirə 33 ölkədən 231 cüdoçu (142 kişi, 89 qadın) qatılıb.
Bənzər xəbərlər
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman ... Ətraflı
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı