Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
05 may 2024 1210
Azərbaycan cüdoçuları Göygöldə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinin ilk günündə 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər.
Qızların yarışında 40, 44, 48 və 52 kiloqram çəki dərəcələrində, oğlanların yarışında isə 50, 55, 60 və 66 kiloqram çəki dərəcələrində medalçılar bəlli olub. Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq) qızıl, Fərid Qarayev (60 kq) gümüş, Özqan Quliyev (60 kq), Ramil Mahmudov (66 kq) və Səlim Sultanov (66 kq) bürünc medal, qızların yarışında isə Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova (44 kq), Aysun Məmmədova (52 kq) və Səmayə Yusifli (52 kq) bürünc medal qazanıblar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı