Azərbaycan cüdoçuları dünya çempionatına Bakıdakı beynəlxalq toplanışda hazırlaşırlar
28 sentyabr 2023 954
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir.
Sentyabrın 29-na qədər davam edəcək hazırlıq prosesində 100-dən çox idmançı iştirak edir.
Təlimə Azərbaycanın kişilərdən, gənc oğlanlardan və qadınlardan ibarət milli komandalarının üzvləri ilə yanaşı, Braziliya, Danimarka, Polşa, Portuqaliya, Rumıniya, ABŞ, Avstraliya, Slovakiya, Səudiyyə Ərəbistanı və digər ölkələrin cüdoçuları da qatılıblar.
Toplanış 4-8 oktyabrda Portuqaliyada gənclər arasında keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, bu təlim-məşq toplanışı həm də böyüklərdən ibarət milli komandanın 3-5 noyabrda Fransada təşkil olunacaq Avropa çempionatına hazırlıqları üçün mühüm mərhələlərdən biridir.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı