Azərbaycan cüdoçuları Belçikadakı turnirin ilk günündə 4 medal qazanıblar
26 yanvar 2025 567
Azərbaycan cüdoçuları Belçikanın Vise şəhərində keçirilən Belçika Açıq Cüdo turnirinin ilk yarış günündə 4 medal qazanıblar.
Bunlardan 1-i qızıl, 2-si gümüş, 1-i isə bürünc medaldır.
Kişilər arasında 4 çəki dərəsində Azərbaycanın 9 cüdoçusu qüvvəsini sınayıb. 60 kiloqram çəkidə Murad Muradlı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
73 kiloqram çəkidə Qadir Hüseynov gümüş, İbrahim Əliyev isə bürünc medal əldə edib. Eyni çəkidə çıxış edən Nəriman Mirzəyev 7-ci yerlə kifayətlənib.
+100 kiloqram çəkidə İmran Yusifov gümüş mükafata yiyələnib. Camal Qamzatxanov və Camal Feyziyev isə 5-ci sırada qərarlaşıb.
Bənzər xəbərlər
Dubayda dünya çempionatında medallar qazanan Azərbaycan boksçuları vətənə qayıdıblar
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iştirak edən ... Ətraflı
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar
Azərbaycan karateçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) ... Ətraflı