Azərbaycan cüdoçuları Bakıdakı “Böyük Dəbilqə” turnirini 5 medalla başa vurublar
16 fevral 2025 829
Azərbaycan cüdoçuları Bakıda keçirilən “Böyük Dəbilqə” turnirini 5 medalla başa vurublar.
Milli Gimnastika Arenasında təşkil edilən yarışın son günündə mübarizəyə qoşulan milli komandamızın 9 üzvündən yalnız ikisi bürünc mükafat uğrunda qüvvəsini sınayıb.
Əjdər Bağırov (100 kiloqram) Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Niyaz Bilalova, Kənan Nəsibov (+100 kiloqram) isə yaponiyalı Kanta Nakanoya uduzaraq 5-ci yeri tutublar.
Qeyd edək ki, Azərbaycan cüdoçularından Zelim Tçkayev (81 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) gümüş, Vüsal Qələndərzadə (73 kiloqram), Əhməd Yusifov (60 kiloqram) və Elşən Əsədov (66 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı