Xəbərlər

Azərbaycan cüdoçuları Avropa çempionatında iştirak edəcək

02 aprel 2024 69

25-27 apreldə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində böyüklər arasında Avropa çempionatı keçiriləcək. Yarışda Azərbaycan qadınlar və kişilər arasında 9 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.

 

Xatırladaq ki, kişilərdən və qadınlardan ibarət milli yığmanın cüdoçuları Avropa çempionatına hazırlıq məqsədilə Avstriya, Rusiya, Portuqaliya, Fransa, İspaniya, Çexiya, Özbəkistan, Yaponiya, Türkiyədə və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

 

Avropa çempionatında cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

 

Çempionata qatılacaq heyəti təqdim edirik:

Qadınlar 

 

-48 kq. 
Leyla Əliyeva 

 

-52 kq. 
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva

 

-57 kq. 
Acelya Toprak

 

 

Kişilər 

 

-60 kq. 
Balabəy Ağayev 
Turan Bayramov 

 

-66 kq. 
Yaşar Nəcəfov 

 

-73 kq. 
Hidayət Heydərov 
Rəşid Məmmədəliyev 

 

-81 kq. 
Zelim Tçkayev 

 

-90 kq. 
Murad Fətiyev 
Elcan Hacıyev

 

-100 kq. 
Zelim Kotsoyev