Azərbaycan cüdoçuları Avropa çempionatına Yaponiyada hazırlaşırlar
04 mart 2025 870
Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq düşərgəsindədir. Toplanışa böyüklərdən və gənclərdən ibarət yığma komandaların ümumilikdə 30 üzvü cəlb edilib. Hazırlıq prosesi martın 21-nə qədər davam edəcək.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, toplanışa əsas milli komanda Tokai Universitetində, gənclər isə Kokuşikan Universitetində start verib. Daha sonra idmançılar hazırlığı Kodokan Təlim Mərkəzində davam etdirəcəklər. Təlim-məşq toplanışının növbəti hissəsində Yaponiya milli komandasının cüdoçuları da iştirak edəcəklər.
Hazırlıq prosesi aprel ayında Monteneqroda keçiriləcək Avropa çempionatına və may ayında təşkil olunacaq beynəlxalq turnirlərə uzunmüddətli hazırlığın bir hissəsidir.
Toplanışda böyüklərdən ibarət yığmaya baş məşqçi Riçard Trautman və böyük məşqçilər Elçin İsmayılovla Slavko Tekiç, gənclərdən ibarət milliyə isə baş məşqçi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Kotaro Sasaki rəhbərlik edirlər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı