Azərbaycan çimərlik voleybolu üzrə Avropa ölkələrinin reytinqində birinci sıradadır
17 fevral 2025 817
Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.
Voleybol Federasiyasından bildiriblər ki, Azərbaycan həm qadınların, həm də kişilərin sıralamasında birinci yerdə qərarlaşıb (qadınlar - 75 xal, kişilər - 90 xal).
Ölkənin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa Kubokunda komandalarımızın uğurlu çıxışı sayəsində daha da artıb.
Qeyd edək ki, 2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “Azərreyl”in həm qadın, həm də kişi komandaları Avropa Kubokunun qalibi olublar.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı