Azərbaycan boksçusu Malik Həsənov lisenziya turnirinə qələbə ilə başlayıb
26 may 2024 1297
Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.
63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü ilk görüşündə polşalı Bartlomey Roskovijlə qarşılaşıb.
Həsənov hər 3 raundu xeyrinə bitirib. 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz 1/16 finala yüksəlib. O, ikinci görüşündə Çol Man Çoe (Şimali Koreya) ilə üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.
Qeyd edək ki, bu gün axşam sessiyasında Sərxan Əliyev (71 kiloqram) də rinqə çıxacaq.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı