Azərbaycan boksçuları Olimpiya ümidləri turnirində 12 medal qazanıblar
21 iyun 2026 - 19:29 131
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda boks üzrə Olimpiya ümidləri turnirinə yekun vurulub.
2 kateqoriya üzrə yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi 12 medal – 7 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.
U-19-lar arasında təşkil olunan turnirdə Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Baxışov (60 kiloqram) və Səftər Məmmədzadə (+90 kiloqram fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gülər Hüseynova (54 kiloqram) gümüş, Şahin Aslanovla (65 kiloqram) Rza Rzayev (70 kiloqram) bürünc medala sahib olublar.
U-17-lərin yarışında Aysel Fərəcova (48 kiloqram), Səma Abbasova (66 kiloqram) və Xumar Cəfərli (80 kiloqram) birinci yeri tutublar. Aydan İsmayıllı (48 kiloqram) ilə Fatimə Məmmədli (50 kiloqram) isə gümüş medala yiyələniblər.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı