Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar
16 mart 2025 643
Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan millisi yarışı 1 qızıl və 2 gümüş medalla başa vurub.
Boksçularımızdan Məhəmmədəli Qasımzadə (60 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Kruzito Kovaçsu (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Tural Sarıyevlə (50 kiloqram) Əli Abdullayev (65 kiloqram) isə gümüş medala sahib olublar.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı