Azərbaycan boksçuları İngiltərədə keçirilən dünya çempionatında iştirak edəcəklər
02 sentyabr 2025 - 12:00 768
Sentyabrın 4-də “World Boxing”in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında ilk dünya çempionatı start götürəcək.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, İngiltərənin Liverpul şəhərində 11 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Kişi boksçulardan ibarət komanda mundialda tam heyətlə çıxış edəcək. Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev dünya çempionatında Sübhan Mamedov (50 kiloqram), Nicat Hüseynov (55 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Zaur Qəhrəmanov (65 kiloqram), Sərxan Əliyev (70 kiloqram), Səidcəmşid Cəfərov (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Surət Qarayev (85 kiloqram), Alfonso Dominqes (90 kiloqram) və Məhəmməd Abdullayevə (+90 kiloqram) şans verəcəklər.
Qadınların mübarizəsində isə ölkəmiz 1 boksçu ilə təmsil olunacaq. Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Aynur Mikayılova (57 kiloqram) rinqə çıxacaq.
Bu gün Liverpula yollanan Azərbaycan millisi sentyabrın 15-də Bakıya qayıdacaq.
Qeyd edək ki, dünya çempionatının püşkü sentyabrın 3-də atılacaq. Yarışda 60-dan çox ölkənin 500-dək boksçusunun iştirakı gözlənilir.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı