Azərbaycan boksçuları Gürcüstanda 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
09 iyun 2025 565
Gürcüstanın Poti şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.
Azərbaycan millisi yarışı 7 medalla başa vurub.
Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kiloqram), Zidan Hümbətov (55 kiloqram) və Məhəmməd Cəfərov (+90 kiloqram) bütün rəqiblərinə qalib gələrək, birinci yeri qazanıblar. Yalnız finalda məğlub olan Sübhan Babayevlə (57 kiloqram) Hüseyn Hüseynli (90 kiloqram) gümüş medala yiyələniblər.
Nihat Qasımov (50 kiloqram) və Rza Rzayev (75 kiloqram) isə turniri bürünc mükafatla başa vurublar.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı