Azərbaycan boksçuları Dünya Kuboku statuslu turnirdə 4 medal qazanıblar
12 mart 2026 - 11:25 508
Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.
Boks Federasiyasından bildirilib ki, Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Komandanın heyətində Rza Rzayev (70 kiloqram) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər boksçularımızdan Heydər Əzməmmədov (85 kiloqram) gümüş, Vüsal Xəlilov (65 kiloqram) və Zaur Səmədov (90 kiloqram) bürünc medala yiyələniblər. Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı