Azərbaycan boksçuları dünya çempionatında 2 bürünc medal qazanıblar
13 sentyabr 2025 - 09:20 478
Azərbaycan boksçuları Böyük Britaniyanın Liverpul şəhərində keçirilən dünya çempionatında 2 medal qazanıblar.
Azərbaycan Boks Federasiyasından bildirilib ki, millinin heyətində Səidcəmşid Cəfərov (75 kiloqram) və Alfonso Dominqes (90 kiloqram) mundialı 3-cü pillədə başa vurublar.
Cəfərov (75 kiloqram) dünya çempionatının yarımfinalında özbəkistanlı Fazliddin Erkinboyevlə qarşılaşıb və rəqib mərhələ adladığından boksçumuz bürünc medala sahib olub.
Alfonso Dominqes (90 kiloqram) isə yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə üz-üzə gəlib. Rəqib finala vəsiqə qazandığı üçün dünya çempionumuz 3-cü yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı
