Azərbaycan boksçuları Bolqarıstanda beynəlxalq turnirdə çıxış edəcəklər
22 fevral 2025 958
Fevralın 24-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turniri start götürəcək.
Boks Federasiyasından verilən məlumata görə, 7 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Məşqçilər korpusu yarışda Nicat Hüseynov, Yadigar Əliyev (hər ikisi 51 kiloqram), Amin Məmmədzadə (54 kiloqram), Zəlimxan Süleymanov (57 kiloqram), Maqsud Xasmetov (60 kiloqram), Malik Həsənov, Ruslan Rüstəmov (hər ikisi 63,5 kiloqram), Nəbi İsgəndərov, Zaur Qəhrəmanov (hər ikisi 67 kiloqram), Sərxan Əliyev, Nicat Həsənov (hər ikisi 71 kiloqram), Rasim Çobanlı, Mirşərif Kazımzadə (hər ikisi 75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayevə (+92 kiloqram) şans verəcək.
Turnirdə ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.
Qeyd edək ki, yarışın püşk mərasimi fevralın 23-də keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı