Azərbaycan boks millisi Gürcüstandakı yarışda 10 idmançı ilə təmsil olunacaq
04 iyun 2025 642
İyunun 5-də Gürcüstanda gənc boksçular arasında beynəlxalq turnir start götürəcək.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov turnirdə Bilalhəbaşi Nəzərov, Nihat Qasımov (hər ikisi 50 kiloqram), Zidan Hümbətov (55 kiloqram), Sübhan Babayev (57 kiloqram), Bagir Əmirxanlı, Tamerlan Əlimzanov (hər ikisi 60 kiloqram), Vaqif Hacıyev (65 kiloqram), Rza Rzayev (75 kiloqram), Hüseyn Hüseynli (90 kiloqram), Məhəmməd Cəfərova (+90 kiloqram) şans verəcək.
Yarışda Fərhad Rəhmanov ölkəmizi hakim kimi təmsil edəcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı