Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub
23 mart 2025 103

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Dünya Boks Komitəsi (WBCA-World Boxing Committee Aliyev) və Diaspora Boks Liqasının reytinqli boksçuları Azər Sultanov və Aleksandr Frank Berlində keçirilən cempionatda uğurla çıxış ediblər.
Çempionatda Aleksandr Frank venesuelalı rəqibini üçüncü, Azər Sultanov isə çex idmançını birinci raundda rinqdən kənarlaşdıraraq parlaq qələbə qazanıblar.
Qeyd edək ki, Diaspora Boks Liqasının baş məşqçisi Şamil Kərimov hər iki idmançının məşq prosesini yüksək səviyyədə nəzarətdə saxlayır. Bu sayədə Aleksandr Frank 25 döyüşdə 24 qələbə qazanıb və bir heç-heçə edib. Azər Sultanov isə beş döyüşdə maksimum nəticə göstərib. Aleksandr Frank Ulu Öndərin adını daşıyan dünya kəmərinin yeddiqat sahibi və Universal Boks Təşkilatının (UBO) dünya kəmərinin qalibidir.
Bənzər xəbərlər

Məşhur şahmatçı Bakıda ustad dərsi keçdi
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılı ilə Milli Xalça Muzeyində şahmat üzrə ... Ətraflı

Füzulidə “Prezident Kuboku-2025” çərçivəsində avarçəkmə nümayişi və əyləncəli proqram təşkil olunub
Aprelin 28-də Füzuli rayonunda yerləşən Köndələnçay su anbarında ümummilli lider ... Ətraflı