Azərbaycan basketbol yığmaları Gimnaziadaya uğurlu start veriblər
08 aprel 2025 653
Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 3x3 basketbol yarışlarına start verilib.
Azərbaycanın qız və oğlan yığmaları da mübarizəyə başlayıblar. B qrupunda yer alan qız təmsilçimiz Serbiyanın 2-ci komandasına 18:0 hesabı ilə qalib gəlib.
Tatyana Deniskanın rəhbərlik etdiyi kollektiv 2-ci matçda Rumıniyaya 10:20 hesabı ilə məğlub olub.
Milli sabah Hindistanın 1-ci komandası və Estoniya ilə üz-üzə gələcək. U-15 aprelin 10-da isə Çilinin 2-ci komandası və Ukrayna ilə münasibətlərini aydınlaşdıracaq.
Zaur Paşayevin baş məşqçisi olduğu oğlan yığması isə günün son qarşılaşmasında Meksika ilə qarşılaşıb. Güclü azarkeş dəstəyi altında oynayan komandamız çətin qarşılaşmadan qalib ayrılıb – 11:8.
B qrupunda yer alan oğlan yığmamız sabah Çilinin 1-ci komandası, Benin və Serbiyanın 2-ci komandası ilə oynayacaq. Ayın 10-da isə U-15 millimiz Kosta-Rika və Nepalla qarşılaşacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı