Azərbaycan Basketbol Federasiyasının nümayəndə heyəti Bəhreyndəki konqresə qatılıb
16 may 2025 853
Bəhreynin Manama şəhərində 160-dan çox milli federasiya rəsmilərinin iştirak etdiyi "FIBA Mid-Term Congress 2025” keçirilir.
Azərbaycan Basketbol Federasiyasından (ABF) verilən məlumata görə, konqresdə ölkəmizi ABF-nin prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov təmsil edir.
Burada FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur.
Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər gələcək üçün yeni imkanların qapısını açır.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı