Azərbaycan Bakıdakı Dünya Kubokunda 43 atıcı ilə təmsil olunacaq
02 may 2024 1112
Azərbaycan bu gün Bakıda start götürəcək atıcılıq üzrə Dünya Kubokunda 43 idmançı ilə təmsil olunacaq
Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov yarış öncəsi təşkil olunan mətbuat konfransında deyib.
O, bu cür mötəbər turnirə 8-ci dəfə ev sahibliyi etməyin xoşbəxtlik olduğunu bildirib: "İdmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər. Ümid edirəm ki, bu yarışda da öz sözlərini deyəcəklər".
Qeyd edək ki, Dünya Kuboku mayın 1-dən 12-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı