Azərbaycan badmintonçuları Zambiyadan 7 medalla qayıdırlar
18 noyabr 2024 791
Azərbaycan badmintonçuları Zambiyanın Lusaka şəhərində keçirilən "Zambia International" turnirində uğurla çıxış ediblər.
Qadın badmintonçuların şəxsi yarışında Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Panqestu və qarışıq qoşa kateqoriyasında Aqil Qəbilov-Era Maftuha tandemi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kişilərin qoşa yarışında Diki Panqestu, qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov və Həcər Nuriyeva gümüş medala layiq görülüblər.
Daha 2 bürünc medala qadınların şəxsi yarışında Həcər Nuriyeva, qoşa yarışında isə Həcər Nuriyeva ilə Era Maftuha sahib çıxıblar.
Bununla da Azərbaycan badmintonçuları yarışı 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı