Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 11 medal qazanıblar
25 avqust 2025 - 18:59 185
Azərbaycanın uşaq və yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar.
Badminton Federasiyasından verilən məlumata görə, Mələk Təhməzli və Muxtar Bədəlov 11, Omar Mehdi və Dəniz Əhmədli 13, Fərəc Kərimli isə 15 yaşadək badmintonçuların mübarizəsində müxtəlif kateqoriyalar üzrə medalçılar sırasında yer alıblar.
Badmintonçular turnirdə ümumilikdə 7 qızıl, 3 gümüş və 1 bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, Azərbaycan badmintonçuları Batumidə ənənəvi olaraq keçirilən "Youth International" turnirində ötən il 5-i qızıl, 5-i gümüş və 6-sı bürünc olmaqla 16 medal əldə etmişdilər.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı