Azərbaycan badminton millisi dünya reytinqində 27-ci sıraya yüksəldi
03 iyul 2025 - 20:59 712
Badminton üzrə milli komandamız BWF (Dünya Badminton Federasiyasının) açıqladığı yeni reytinq siyahısında 121 ölkə arasında 27-ci sırada yüksəlib.
Komandamızın hesabında 2726 reytinq xalı var. Millimiz son 3 ayda reytinqdə 18 pillə irəliləyib.
Bu Azərbaycan badmintonu tarixində ən yüksək göstəricidir.
Məlumat üçün qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan millimiz ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer alırdı.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
