Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub
21 fevral 2026 - 12:26 310
Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.
Bu vəzifəyə Əjdər Cəfərov təyin edilib.
Bundan əvvəl federasiyanın prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri kimi fəaliyyət göstərən Əjdər Cəfərov zəngin idman karyerasına malikdir.
O, 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. İdman ustası və əməkdar məşqçi olan Cəfərov, həmçinin olimpiya kateqoriyalı beynəlxalq hakimdir.
Əjdər Cəfərov üç Olimpiya Oyunlarında hakimlik edib. O, 2010-cu ildə Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunlarında, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında, 2014-cü ildə isə Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunlarında hakim kimi çıxış edib.
Onun fəaliyyəti dövlət və beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Həmin il Dünya Güləş Birliyi (UWW) tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülüb. 2015-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilib.
Bundan əlavə, o, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında güləş yarışlarının beynəlxalq koordinatoru vəzifəsini icra edib.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı