Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nda daha 2 medal qazanıblar
01 may 2026 - 14:35 389
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan təmsilçilərindən Tengiz Qaqnidze - Qiyas Əhmədov cütü qızıl, Niyaz Məlikov - İvan Vorobyanski cütü isə gümüş medal qazanıb.
Onlar 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 2 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə fərqləniblər.
Bununla da Azərbaycan avarçəkənlərinin reqatada əldə etdikləri medalların sayı 7-yə çatıb.
Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı