Azərbaycan avarçəkənləri “Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb
26 may 2025 713
Avarçəkənlərimiz “Bratislava Reqatası”nda daha bir qızıl medal qazandı
Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turniri keçirilir. 20-dən çox ölkənin mübarizə apardığı turnirdə komandamız uğurlu çıxışını davam etdirir. Ötən gün 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülən Tatyana Smilovenko ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, bu dəfə 500 metr məsafədə bütün rəqiblərini geridə qoyub.
Xatırladaq ki, yarışların ilk günündə kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə ikinci yer tutub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı