Azərbaycan atletləri Sloveniyada Avropa çempionatına uğurla start veriblər
24 iyun 2025 - 23:24 803
Azərbaycan atletləri Sloveniyanın Maribor şəhərində keçirilən komandalararası Avropa çempionatına uğurla start veriblər.
3-cü Divizionda yer alan Azərbaycan milli komandasının ilk yarış günündə mübarizəyə qoşulan üzvlərindən Əlhəm Nağıyev və Lamiyə Vəliyeva ilk "üçlüy"ə düşüblər.
Ə.Nağıyev 100 metr məsafəyə qaçışda 10.42 saniyə nəticə ilə 14 atletin mübarizə apardığı yarışda 1-ci yeri tutub.
Eyni məsafəyə qaçışda qadınların mübarizəsində L.Vəliyeva 11.62 saniyə göstərici ilə 2-ci olub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı