Azərbaycan atıcısı Avropa çempionatında bürünc medal qazanıb
29 iyul 2025 - 22:35 560
Fransanın Şatoru şəhərində keçirilən Avropa çempionatında Azərbaycan millisinin üzvü Xanna Əliyeva standart tapança ilə 25 metr məsafəyə atəş açmada bürünc medal qazanıb.
İdmançı 560 xal və 12 daxili onluq (x) nəticə göstərərək turniri 3-cü pillədə başa vurub.
İlk iki pillədə Macarıstan təmsilçiləri qərarlaşıblar. Güclü rəqiblər arasında gərgin rəqabət şəraitində sabit çıxış nümayiş etdirən Xanna Əliyeva bu nəticə ilə Azərbaycanın medal sayını artıraraq ölkəmizə daha bir beynəlxalq uğur qazandırıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı